Neft qiymətləri ilə bağlı proqnoz endirildi
"Goldman Sachs" investisiya bankı "OPEC+" təklifi artırdığı üçün neftin qiyməti ilə bağlı proqnozunu azaldıb.
"Goldman Sachs" investisiya bankı "OPEC+" təklifi artırdığı üçün neftin qiyməti ilə bağlı proqnozunu azaldıb.
"BP-Azerbaijan" bu ilin birinci rübündə "Şahdəniz" yatağından 7 milyard kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə eynidir.
"OPEC+"un neft hasilatını artırmaq planı fonunda neft qiymətləri ucuzlaşıb.
Aprelin 26-dan mayın 2-nə qədər ölkədəki neft buruqlarının sayı əvvəlki həftə ilə müqayisədə 4 ədəd azalaraq 479-a düşüb.
Bu ilin birinci rübündə Azərbaycandan 45 min ton neft koksu ixrac edilib. Bu, illik müqayisədə 33,3 faiz azdır.
Ölkələr arasında ticarət müharibələri iqtisadi artımın yavaşlamasına səbəb olur və bu da neftə olan tələbata təsir edir.
Bakı metropoliteninin "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarına şəhər şəbəkəsindən gələn yüksək gərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb
Neft hasilatını könüllü olaraq azaldan səkkiz "OPEC+" ölkəsi may ayında olduğu kimi, iyunda da neft hasilatını sutkada 411 min barel artırmaq qərarına gəlib.
İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, İraqın Baş nazirinin müavini və neft naziri Hayan Abdul-Qani Əl-Savad, Suriyanın energetika naziri Muhammed Əl-Bəşir və Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed arasında görüşlər olub.
Energetika naziri Pərviz Şahbazov İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində “Təchizatın təminatında dəyişən dinamikalar: çətinliklər və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edib.
ABŞ-nin ən böyük neft şirkətlərindən biri olan "Chevron"un bu ilin birinci rübündə xalis mənfəəti və gəliri azalıb.
ABŞ-nin ən böyük neft-qaz şirkəti "Exxon Mobil" bu ilin birinci rübündə xalis mənfəətini azaldıb və gəlirini bir qədər artırıb.