“Qafqaz Residence” MTK-ya məxsus ərazidə ağacların qanunsuz kəsildiyi aşkarlanıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, İmişli və Quba rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.