Rusiyanın Almaniyada 3,5 milyard avro dəyərində aktivləri dondurulub
Almaniya hakimiyyəti Aİ-nin sanksiyaları çərçivəsində Rusiyanın təxminən 3,5 milyard avro dəyərində aktivlərini dondurub.
Almaniya hakimiyyəti Aİ-nin sanksiyaları çərçivəsində Rusiyanın təxminən 3,5 milyard avro dəyərində aktivlərini dondurub.
Ukrayna Müdafiə Nazirliyi ordunun briqadalarına pilotsuz təyyarələrin alınması və ən vacib ehtiyacların ödənilməsi üçün əlavə olaraq 1,1 milyard qrivna (26,3 milyon dollar) ayırıb.
İsrailin hücumları nəticəsində son sutkada Qəzzada 40 nəfər həlak olub, 98 nəfər yaralanıb.
Növbəti 25 il dünyanın ən yoxsul 26 ölkəsinin orta gəlir statusuna keçib-keçməməsi baxımından həlledici olacaq.
Avropa ölkələrinin vətəndaşlarının Belarusa vizasız girişi 2025-ci ilin sonuna qədər uzadılıb.
İsveç hökuməti Dünya Bankının himayəsi altında Ukrayna və Moldova üçün antiböhran fonduna 120 milyon kron (11 milyon dollar) ayırıb.
Fransada Avropa İttifaqı standartlarına uyğunlaşdırılmış inflyasiya noyabrda illik müqayisədə 1,7% artıb.
ABŞ-də yumurtanın qiyməti altı ayda 35% artıb.
İsrail ordusunun Nusayratda dinc əhaliyə qarşı həyata keçirdiyi hücumlarda 21 dinc sakin həlak olub.
Böyük Britaniya iqtisadiyyatı oktyabr ayında 0.1% azalıb.
Suriyanın bəzi bölgələrində vəziyyət sabitləşib, ölkənin şimal-şərqində və şimalda Mənbic şəhərində vəziyyət təhlükəli olaraq qalır.
Amerikalıların sərvəti bu ilin üçüncü rübündə fond bazarındakı yüksəlişlə rekord həddə - 168,8 trilyon dollara çatıb.