İsrailin zərbələri nəticəsində İranda 95 nəfər yaralanıb
İsrailin zərbələri nəticəsində İranın 12 vilayətində ən azı 95 nəfər yaralanıb, 1 xilasedici həlak olub.
İsrailin zərbələri nəticəsində İranın 12 vilayətində ən azı 95 nəfər yaralanıb, 1 xilasedici həlak olub.
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İran Ordusunun komandanı general-mayor Əbdülrəhim Musəvini İran Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi təyin edib.
İsrail Hərbi Hava Qüvvələri İranda İsrailə istiqamətlənmiş bir sıra ballistik raketləri məhv edib.
İsrail hadisələrin istənilən inkişafına, o cümlədən İranla genişmiqyaslı müharibəyə hazırdır.
İsrailin hücumu nəticəsində Natanzdakı uranın zənginləşdirilməsi obyektinə ziyan dəyib, radiasiya sızması aşkar edilməyib.
İrandan buraxılan pilotsuz təyyarələrin bəziləri İsraildən kənarda ələ keçirilib.
İsrail ordusu İranın hava hücumundan müdafiə sistemlərinə (HMM) qarşı genişmiqyaslı hücumun başa çatdığını bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aşağı büdcəli aviaşirkəti "Flydubai" İsrail, İordaniya, İraq, İran, Livan və Suriyaya uçuşları dayandırıb.
İsrail ordusu İranın nüvə proqramını pozmağa yönəlmiş əməliyyatları davam etdirəcək.
Misirin aviaşirkəti "EgyptAir" regionda vəziyyətin pisləşməsi fonunda İraq, İordaniya və Livan paytaxtlarına uçuşları ləğv edib.
ABŞ İsrailin İrana endirdiyi zərbələrə görə məsuliyyət daşıyır.
İordaniyanın hava hücumundan müdafiəsi cümə günü səhər krallığın hava məkanına daxil olan bir neçə raket və PUA-nı vurub.