İranın İsrailə yeni raket hücumu başlayıb
İranın İsrailə raket zərbələrinin daha bir hücum dalğası başlayıb.
İranın İsrailə raket zərbələrinin daha bir hücum dalğası başlayıb.
İsrail qüvvələri günün əvvəlindən bəri İrandakı yüzlərlə hərbi hədəfə hücum edib.
İsrail bu gün başlayan qarşıdurmanın başlanğıcından bəri İrandan ən azı 125 raket atışını qeydə alıb.
Yaxın Şərqdə baş verən son hadisələr ilə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yolları tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb.
BƏƏ-nin paytaxtı Əbu-Dabidə və Dubayda güclü partlayış səsləri eşidilib.
Yəmənin Husi hərəkatı İsrailə və dəniz ticarət yollarına hücumların bərpa olunduğunu elan edib.
Türk Hava Yolları Livan, Suriya, İraq, İran və İordaniyaya uçuşları 2 mart tarixinə qədər ləğv edib.
Əbu-Dabinin əsas hava limanı yaxınlığında bir neçə partlayış baş verib.
İsrailin İrana hücumlarında İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və Prezident Məsud Pezeşkian hədəf alnıb.
İran parlamenti İsrail və ABŞ ilə münaqişənin Yaxın Şərqdə böyük bir müharibəyə çevriləcəyini bəyan edib.
ABŞ İrana qarşı əməliyyata Kosmik Qüvvələri, Hərbi Hava Qüvvələri, Dəniz Qüvvələri, Dəniz Piyadaları və quru qüvvələrini yerləşdirib.
Küveyt bölgədəki vəziyyətin pisləşməsi səbəbindən hava məkanını müvəqqəti olaraq bağlayıb.