IV Vergi Mühasibatlıq Zirvəsi uğurla yekunlaşdı!
“Facemark” və “Good Finance” şirkətlərinin birgə təşkilatçılığı ilə 4 aprel tarixində IV Vergi Mühasibatlıq Zirvəsi təşkil olunub. Zirvə illər ərzində sahənin aparıcı mütəxəssislərini bir araya gətirən və vergi, mühasibatlıq, eləcə də maliyyə istiqamətlərində aktual mövzuların müzakirə edildiyi nüfuzlu platformalardan birinə çevrilib.