Dolların martın ilk gününə olan MƏZƏNNƏSİ
“Premium Bank” Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2018-ci il üçün nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş nominasiya müsabiqəsində “Pos-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə banklar arasında I yerə layiq görülmüşdür.
Kapital Bank Novruz Bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir. Rəsmi gəliri olan hər kəs, aksiya çərçivəsində Kapital Bank-dan 3000 manatadək kredit götürüb, ayda cəmi 99 manat ödəniş edə bilər.
Borc yükünün şərtlərinin yüngülləşdirilməsi 17 min manat və 10 min dollaradək olan problemli kreditləri əhatə edir və bunların borc yükü 900 milyon manata yaxındır. Borc yükünün üzərinə hesablanan faizlər isə 750 milyon manatdır. Toplam indiki vəziyyətə vətəndaşların borc yükü 1 milyard 650 milyon manat təşkil edir.
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il yanvarın 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 13-də müsbət, 9-da isə mənfi dinamika müşahidə edilib.
Əgər vətəndaş 0.78 məzənnə ilə dollar krediti alıb devalvasiyadan sonra 1.05 məzənnəsi ilə ödəyibsə, iki məzənnə arasındakı fərq vətəndaşa geri qaytarılacaq. Bu sözləri Mərkəzi Bankın icraçı direktoru Rəşad Orucov REAL TV-nin canlı yayımında problemli dollar kreditləri ilə bağlı fərmanı şərh edərkən deyib.
Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Unibank kiçik və orta sahibkarlar üçün sərfəli yaz kampaniyası keçirir. Novruzun çərşənbələrinə həsr olunmuş “4 çərşənbə - 4 güzəşt” kampaniyası biznes sahiblərinə seçim imkanı yaradır.