Avtomobilin cərimə meydançası ilə bağlı xərcləri sürücüyə qaytarılması qaydası müəyyən edilir
Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan iş bağlandıqda bunun üçün ödənilən məbləğ avtomobilin sahibinə qaytarılacaq.
Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan iş bağlandıqda bunun üçün ödənilən məbləğ avtomobilin sahibinə qaytarılacaq.
Mühafizə olunan duracaqda nəqliyyat vasitəsinə ziyan vurulsa, avtomobilin sahibi məhkəməyə şikayət edə biləcək.
Azərbaycanın son 5 ildə elektrikli avtomobil idxalına çəkdiyi xərc açıqlanıb.
Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək.
Bu ilin yanvar ayında ölkədə 402 ədəd minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 71,1 faiz çoxdur.
Azərbaycanda elektromobil və hibrid avtomobillərə edilən vergi güzəştləri ümumilikdə avtomobil parkının yenilənməsini sürətləndirib. Son vaxtlar paytaxt Bakının küçələrində daha çox yeni və qənaətcil avtomobillər görürük. Bu, əslində vətəndaşların yanacağa çəkdiyi xərcləri də azaltmalı idi. Amma rəsmi statistika fərqli mənzərə ortaya qoyur. Ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar təkcə avtomobil benzini və dizel yanacağına üç milyard 856.3 milyon manat xərcləyiblər. Bu, əvvəlki illə müqayisədə 7.8 faiz çoxdur. Məntiqə görə, yanacağa qənaət edən avtomobillərin artması xərclərin azalmasına gətirib çıxarmalı idi. Deməli, problem yalnız avtomobillərin texniki göstəricilərində deyil. Bəs yanacağa tələbatı artıran əsas amillər hansılardır?
14 aprel tarixində dövlət qurumlarına məxsus bir sıra nəqliyyat vasitələri hərraca çıxarılacaq. Satışa çıxarılan avtomobillər “AzerGold” QSC, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin balansında olan avtomobillərdi.
Bakının Yasamal rayonu, Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində ilk dəfə svetoforlar istifadəyə verilib.
21 fevral tarixində paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində (“Buta Palace”-nin yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.
2022-2026-cı illər arasında Rusiyada yeni minik avtomobilinin orta qiyməti 46 faiz artıb.
Bu ilin yanvar ayında Azərbaycanda 189 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi (avtobus) gətirilib.
Azərbaycanda taksi şirkəti ləğv edilir.