Gürcüstandan heyvan idxalına qoyulan məhdudiyyət aradan qaldırıldı
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi bildirişlərinə əsasən, region ölkələrinin bir qismində xüsusi təhlükəli yoluxucu heyvan xəstəlikləri üzrə epizootik vəziyyətdə son aylar ərzində sabitləşmə meyilləri müşahidə olunub və xəstəliklərin yayılma dinamikasında azalma qeydə alınıb.