Logo

Türkiyədə növbəti dəfə güclü zəlzələ BAŞ VERDİ


Türkiyənin Aralıq dənizi sahillərində rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri yerin 6,4 kilometr dərinliyində yerləşib. Zəlzələ daha çox Muğla əyalətində hiss edilib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, son 1 ay ərzində Türkiyədə seysmik fəallıq artıb. Yüzlərlə zəlzələ qeydə alınıb. Xəsarət alanlar var.

Dünya,
03.10.2019 12:03 17
Teqlər: İqtisadiyyat.Az, dünya,