Logo

Sosial evləri görün kimlərə satırlar - VİDEO


Minlərlə insan mənzil problemi yaşadığı halda, sosial evlərdən bir neçə mənzili olan şəxslər də yararlanır. Sosial kateqoriyaya aid olan bəzi vətəndaşların öz mənzili olsa da, bu fürsəti də əldən verməyərək əlavə mənzilə sahib olurlar.

Yasamal Yaşayış Kompleksindən güzəştli mənzil alan bəzi vətəndaşlar daha sonra həmin mənzilləri kirayə verib. Elan saytlarında sosial evlərin kirayə təklif edilməsi hallarının artması da bu faktı təsdiqləyir. Amma sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzillə təmin etmək olduğundan bu evlərin kommersiya məqsədi ilə istifadə olunması yolverilməzdir. Təsəvvür edin, evsiz vətəndaş kənarda qalır, başqası isə “ev kolleksiyası” yardır. Bəs belə halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Məsələ ilə bağlı Mənzil İnşaatı Dövlət Agentliyindən bildirildi ki, onlar tərəfindən dövlət vəsaiti hesabina inşa edilən güzəştli mənzillərdə belə bir fakta rast gəlinməyib.

Ətraflı videoda:

 

Əmlak,
03.10.2019 09:42 50
Teqlər: İqtisadiyyat.Az, əmlak,