Logo

"Chevrolet", "Nissan" və "VAZ" avtomobilləri 1800 manatdan satışa çıxarılacaq


Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi növbəti hərraclardan biri 29 oktyabr tarixində keçiriləcək.

"Finans.az" Komitəyə istinadən xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin buraxılış illəri 1989-2007-ci illər intervalındadır. Chevrolet, Nissan, VAZ və digər markalarından olan bu avtomobillərin ilkin hərrac qiymətləri 1800 manat ilə 10 min manat arasındadır.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu resurslardan seçim edərək qeydiyyatdan keçən şəxs dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilər. Hərrac günü hər kəs komitənin Elektron Xidmətlər Potalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

Əmlak,
30.09.2019 17:19 26
Teqlər: İqtisadiyyat.Az, əmlak,