Logo

Azərbaycanın İnternet provayderlərinə nümunə ola biləcək addım


Mobil texnologiyanı yeniləmə işləri zamanı İstanbulda baş verən zəlzələ "Türk Telekom" şirkətinin şəbəkəsində axsamalara səbəb olub. "Marja" xəbər verir ki, şirkət müştərilərindən üzr istəməklə bərabər, onlara 2 ay cəmi 10 GB mobil internet hədiyyə edəcəkdir.

"Yaşatdığımız bu mənfi hala görə səmimiyyətlə üzr istəyir, səbr və anlayışları üçün müştərilərimizə təşəkkür edirik. Yaşanan bu mənfi halı bir az da olsa kompensasiya edə bilmək üçün, bütün mobil abunəçilərimizə 2 ay ərzində aylıq 5 GB, cəmi 10 GB mobil internet təqdim ediləcəkdir",-"Türk Telekom"un açıqlamasında deyilir.
"Türk Telekom"dan verlən açıqlamada, fasiləsiz və daha etibarlı rabitə üçün istifadə etdikləri mobil texnologiyanı yeniləmə işləri zamanı meydana gələn zəlzələnin, şəbəkələrində axsamalara səbəb olduğu qeyd edilib. 

Qeyd edək ki, Azərbaycanda mobil operatorlar daxil internet provayderləri İnternetin kəsliməsini, zəifləməsini kompensasiya etmirlər. "Şəbəkədə təkmilləşdirmə işləri aparılır", "ATS-də problem var"  və s. kimi bəhanələr ilə müştərilər yola verilir. 

İKT,
30.09.2019 09:32 16
Teqlər: İqtisadiyyat.Az, İkt,