Logo

İbtidai sinif müəllimlərinin nəzərinə


Ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə keçiriləcək.

İqtisadiyyat.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş imtahanlarda "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" proqramı üzrə təlimləri başa vuran 1000-ə yaxın ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulur.

Paytaxtdakı 220 nömrəli məktəb-liseydə keçiriləcək imtahanlarda müəllimlər onlayn şəkildə 25 sualı cavablandıracaq.

İmtahanda iştirak etmiş müəllimlərə müvafiq ixtisasartırma sertifikatları təqdim olunacaq. Daha sonra həmin müəllimlər oktyabrın 1-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.("Yeni Sabah")

Təhsil,
28.09.2019 09:42 23
Teqlər: İqtisadiyyat.az, təhsil,