Logo

"Xərçəng" Azərbaycanda qadın və kişilərin ən çox bu orqanlarında yayılır - Dəhşətli STATİSTİKA


Ötən il Azərbaycanda 5 655 nəfər qadın, 5 468 nəfər kişi bәdxassәli şişlәrlә ("xərçəng") xәstәlәnib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qadınlarda "xərçəng" xəstəliyi ən çox süd vəzində yayılıb. Son bir ildə süd vəzində bәdxassәli şiş aşkarlanan qadınların sayı 1 793 nəfər olub. Bu, son bir ildə "xərçəng"ə yoluxan qadınların 31,7%-ni təşkil edir.
Kişilərdə isə "xərçəng" xəstəliyi ən çox traxeya, bronx və ağciyərlərdə müşahidə olunub. Son bir ildə traxeya, bronx və ağciyərlərində "xərçəng" xəstəliyi aşkarlanan kişilərin sayı 1 143 nəfər olub. Bu, son bir ildə "xərçəng"ə yoluxan kişilərin 20,9%-ni təşkil edir.
Süd vəzindən (31,7%) sonra "xərçəng" qadınlarda ən çox uşaqlıq (11%),  bağırsaq (9,2%), mədə (6,8%), yumurtalıq (5,9%) toxumalarında müşahidə olunub.
Traxeya, bronx və ağciyərlərdən (20,9%) sonra "xərçəng" kişilərdə ən çox  mədə (15,1%), bağırsaq (11%), prostat vəzi (5%), sidik kisəsi (4,8%), qida borusu (4,6%) toxumalarında qeydə alınıb.

Sağlamlıq,
27.09.2019 14:50 40
Teqlər: İqtisadiyyat.Az, sağlamlıq,