Logo

İbtidai siniflər üçün təhsil haqqı: Azərbaycanda və dünyada - İnanılmaz QİYMƏTLƏR + SİYAHI


Özəl orta məktəblərin ibtidai sinifləri üçün tələb olunan illik təhsil haqqına görə Azərabaycan region ölkələri arasında ilk sıralarda yer alır. Azərbaycan Qazaxıstandan sonra regionda ən yüksək təhsil haqqının olduğu ölkələrdən biri hesab olunur.
Yeniavaz.com məşhur "numbeo" portalına istinadən xəbər verir ki, Azərbaycanda orta məktəblərin ibtidai sinifləri üçün tələb olunan illik təhsil haqqı orta hesabla  6 110 dollara (10 500 manat) bərabərdir.
Müqayisə üçün bəzi özəl məktəblərin ibtidai sinifləri üçün tələb olunan illik təhsil haqqını təqdim edirik:
-  Bakı Oksford Məktəbi - 11 800 - 14 160 manat arasında dəyişir
-  Azərbaijan British College - 15 400 manat
- "XXI Əsr" Beynəlxalq Təhsil və İnnovasiya mərkəzi -  8 000 manat
-  Sabis Sun İnternational School - 11 500 manat
-  Avropa Azərbaycan Məktəbi -  9 950 manat
-  "Kaspi" liseyi - 6 500 manat
 - Xəzər Universitetinin "Dünya məktəbi" - 7 500 manat
- Baku modern school (MİL lisey) -  8 500 manat
- Oxbridge Academy - 11 000 manat
Məlumat üçün bildirək ki, region ölkələri arasında özəl orta məktəblərin ibtidai sinifləri üçün tələb olunan orta illik təhsil haqqı Qazaxıstanda 6 560 dollara bərabərdir. Qeyd etdiyimiz kimi, 2-ci sırada olan Azərbaycanda bu göstərici 6 110 dollar təşkil edir. Ən aşağı təhsil haqqı isə qonşu İran və Gürcüstanda qeydə alınıb.
Region ölkələrində özəl məktəblərin ibtidai sinifləri üçün tələb olunan orta illik təhsil haqqı aşağıdakı kimidir:
- Qazaxıstan - 6 560 dollar
- Azərbaycan - 6 110 dollar
- Türkiyə - 6 000 dollar
- Belarus - 5 950 dollar
- Rusiya 5 510 dollar
- Ukrayna -  4 570 dollar
- Ermənistan - 3 270 dollar
- Moldova - 2 2960 dollar
- Gürcüstan - 1 880 dollar
- İran - 1 470 dollar
Ümumilikdə isə özəl məktəblərin ibtidai sinifləri üçün tələb olunan illik təhsil haqqının ən yüksək olduğu ölkə İsveçrə hesab olunur. Bu ölkədə ibtidai sinifləri üçün tələb olunan orta illik təhsil haqqı 30 000 dollara yaxındır.
Özəl məktəblərin ibtidai sinifləri üçün tələb olunan illik təhsil haqqının ən yüksək olduğu 5 ölkə bunlardı:
- İsveçrə - 30 000 dollar
- Sinqapur - 19 950 dollar
- Cənubi Koreya - 17 920 dollar
- ABŞ - 17 000 dollar
- Yaponiya - 16 920 dollar
 

Təhsil,
26.09.2019 17:25 78
Teqlər: İqtisadiyyat.Az, təhsil,