Logo

Azərbaycanda kişilərin və qadınların boyu və çəkisi necə dəyişir? - Maraqlı STATİSTİKA


Son 4 il ərzində 2015-2018-ci illərdə Azərbaycanda kişilərin orta çəkisi 400 qram artaraq 72,1 kiloqramdan 72,5 kiloqrama yüksəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2015-2018-ci illərdə Azərbaycanda qadınların da orta çəkisi kişilərdə olduğu kimi - 400 qram artıb. 2015-ci ildə qadınların orta çəkisi 65,1 kiloqram olduğu halda 2018-ci ildə 65,5 kiloqram olub.
Son 4 ildə qadınların boyu dəyişməz qaldığı halda, kişilərin boyu 2 santimetr artıb. Belə ki, qadınların orta boyu 4 il əvvəl olduğu kimi 2018-ci ildə də 163,8 santimetr olub. Kişilərin orta boyu isə son 4 ildə 171,2 santimetrdən 171,4 santimetrə yüksəlib.
Bundan başqa, açıqlanan rəsmi məlumata görə son 4 ildə artıq çəkisi olan qadınların sayı artdığı halda, artıq çəkisi olan kişilərin sayı azalıb. 

  Qadınlar Kişilər
2015 2016 2017 2018 2015 2016 2017 2018
Orta çəki  (kq) 65,1 65,4 65,4 65,5 72,1 72,2 72,2 72,5
Orta boyu (sm) 163,8 163,9 163,8 163,8 171,2 171,2 171,2 171,4
Artıq çəkisi
olanların faizi
4,5 % 4,8 % 4,8 % 4,7 % 3,5 % 3,6 % 3,6 % 3,3 %

 
 

Sağlamlıq,
26.09.2019 20:36 26
Teqlər: İqtisadiyyat.Az, sağlamlıq,