Logo

"Xiaomi" "Mi 9 Pro"nu tanıtdı - QİYMƏTİ VƏ ÖZƏLLİKLƏRİ


"Xiaomi"nin çoxdan gözlənilən 24 sentyabr tədbiri baş tutub.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "Mi 9 Pro" və "Mi Mix Alpha" modellərinin təqdim ediləcəyi tədbirdə ilk olaraq "Mi 9 Pro" tanıdılıb.

İlkin olaraq "Xiaomi Mi 9 Pro"nun dizaynına nəzər saldıqda "Mi 9" ilə eyni quruluşa sahib olduğunu görmək mümkündür. Arxa hissəsində üçlü kamera quraşdırılmış cihaz 6.39 düymlük Full HD + AMOLED ekran və HDR10 dəstəyinə malikdir.

"Mİ 9"DAN 10 DƏFƏ DAHA SÜRƏTLİ İNTERNETƏ SAHİBDİR.

Gücünü 7nm texnologiyası ilə təchiz edilmiş Snapdragon 855 Plus prosessorundan alan 5G dəstəkli smartfonda Snapdragon X20 5G modemindən istifadə edilib. 5G bağlantısında cihaz 2.02 Gbps əlaqə sürətinə çata bilir. Bu isə "Mi 9"dan 10 dəfə daha sürətli internet deməkdir.

4 VERSİYASI TƏKLİF OLUNACAQ.

RAM və daxili yaddaş seçimlərində isə 4 fərqli alternativini görmək mümkündür. Bunlar: 8GB RAM + 128GB daxili yaddaş, 8GB RAM + 256GB daxili yaddaş, 12GB RAM + 256GB daxili yaddaş, 12GB RAM + 512GB daxili yaddaşdır.

"Mi 9 Pro"da 4000 mAh batareya və 30W simsiz şarj dəstəyi var. Simli şarj dəstəyi 45W-dir. Simsiz şarj dəstəyi sayəsində telefon 25 dəqiqədə 50%-ə qədər şarj edə bilər. Cihazın qutusundan çıxan şarj cihazı ilə "MacBook" və "Mi Notebook" kimi noutbukları da şarj etmək olur.

Arxa tərəfində 48 MP əsas kamera olan smartfonun ön kamerası 20 MP-dir. Arxa kameranı 12 MP-lıq telefoto linza və 16 MP-lıq ultra geniş bucaqlı linza müşayət edir.

QİYMƏTLƏRİ

8 GB RAM + 128 GB daxili yaddaş versiyası - 521 USD (3699 yuan)

8 GB RAM + 256 GB daxili yaddaş - 535 USD (3799 yuan)

12 GB RAM və 256 GB daxili yaddaş - 577 USD (4099 yuan)

12 GB RAM və 512 GB daxili yaddaş - 605 USD (4299 yuan)

Sığorta,
24.09.2019 14:40 28
Teqlər: İqtisadiyyat.Az, sığorta,