Logo

Nazirlik bir şirkətdən 10 milyon manatlıq mənzillər aldı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni mənzillər alıb. Mənzillər 5 şirkət və 2 fiziki şəxsdən alınıb.

"Marja" Satınalma portalına istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "Göy Qurşağı-Məmmədli" MTK, "Unistone" MMC, "Saray-H" MTK, "Bakı Mexanikləşdirmə-1" ASC, "Evro İnşaat" MTK, fiziki şəxs Natiq Allahverdi oğlu Əliyev və fiziki şəxs Asif Akif oğlu Əsədzadə arasında müvafiq satınalma müqavilələri bağlanıb.

Nazirlik "UNİSTONE" MMC-yə 955 min 260 manat, "Bakı Mexanikləşdirmə-1" ASC-yə 10 milyon 583 min manat, "EVRO İnşaat" MTK-ya 1 milyon 223 min manat, Fiziki şəxs Əliyev Natiq Allahverdi oğluna 936 min 675 manat, Fiziki şəxs Əsədzadə Akif Asif oğluna 936 min 456 manat ödəyəcək.

"Göy Qurşağı-Məmmədli" MTK və "Saray-H" MTK ilə bağlanılmış müqavilələrin məbləğləri açıqlanmayıb.

“Bakı Mexanikləşdirmə-1” ASC Bakının Xətai və Nərimanov rayonları ərazisində yaşayış binaları tikir.

Əmlak,
24.09.2019 11:36 26
Teqlər: İqtisadiyyat.Az, əmlak,