Logo

Azərbaycanlıların Türkiyədən nə qədər ev aldıqları məlum oldu - CƏDVƏL


Bu ilin ilk 8 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 711 mənzil, avqust ayı ərzində isə 88 mənzil alıblar. 
Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2018-ci ilin yanvar-avqust aylarında azərbaycanlılar Türkiyədən builkindən 128 mənzil az - 583 mənzil satın alıblar.
Bu ilin avqust ayında isə azərbaycanlılar Türkiyədən 88 mənzil satın alıblar və bu ötən ilin avqust ayındakı göstəricidən 8 mənzil az olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 8 ayı ərzində Türkiyədən ümumilikdə 28 min 51 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9 min 328 mənzil çox olub.
Son 8 ayda  Türkiyədə ev alan əcnəbilər arasında İraq, İran, Rusiya, Küveyt, Almaniya, Əfqanıstan, Səudiyyə Ərəbistanı, İsveç, İngiltərə, İordaniya, Yəmən və Azərbaycan vətəndaşları üstünlük təşkil edib.
Avqust ayında xarici ölkə vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı bu cür olub:

ÖLKƏLƏR AVQUST, 2018 AVQUST, 2019
İraq 944 675
İran 394 469
Rusiya 192 212
Küveyt 271 159
Almaniya 177 149
Əfqanıstan 183 146
S. Ərəbistanı 275 146
İsveç 65 119
İngitərə 97 109
İordaniya 124 105
Yəmən 66 96
Azərbaycan 96 88

 
 

Əmlak,
23.09.2019 17:37 29
Teqlər: İqtisadiyyat.Az, əmlak,