Logo

"Hyundai" sürücüsüz avtomobil istehsal edəcək


Cənubi Koreya mərkəzli avtomobil şirkəti "Hyundai Motor Group" və İrlandiya mərkəzli avtotexnologiyalar şirkəti "Aptiv" birgə müəssisə yaradır.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda sözügedən şirkətlər açıqlama verib.

Belə ki, müəssisə avtonom (öz-özünə idarə olunan) avtomobillərin istehsalı ilə məşğul olacaq. Dəyəri 4 milyard dollar olacaq yeni müəssisədə hər iki şirkət 50% paya sahib olacaq.

Bu, gələcək mobillik texnologiyası üzrə geri qalan "Hyundai Motor Group" üçün böyük yatırım hesab olunur.

Qeyd edək ki, birgə müəssisənin 2020-ci ildə tam sürücüsüz sistemləri sınaqdan keçirməyə başlayacağı və 2022-ci ildə hazır idarəetmə platformasına sahib olacağı deyilir.

Avto,
23.09.2019 21:25 43
Teqlər: İqtisadiyyat.Az, avto,