Logo

Bakıda möhtəşəm "Land Rover Jaguar Tour Baku" test-drive FESTİVALI - FOTOLAR


JLR-in Azərbaycandakı rəsmi dileri olan Avtolüks Azərbaycan şirkəti möhtəşəm  "Land Rover Jaguar Tour Baku" test-drive festivalına start verib.

Festivalda rəsmi dilerin təqdim etdiyi Land Rover&Jaguar modellərini peşəkar pilotların iştirakı ilə həvəskarlara da test-drive etmək şansı verilib. Qeydiyyatdan keçmiş bütün şəxslər istəyindən asılı olaraq sürücü və ya sərnişin qismində iştirak edə bilər.

Həmçinin, günün sonuna qədər festivalda musiqi, sınaq yürüşlərinin ekranda canlı görüntüsü, uşaq guşəsi və furşet masası ixtiyarınızdadır.

Hazırda tur həyəcanı davam edir.

Qeyd edək ki, 21 və 22 sentyabr tarixlərində keçirilən "Land Rover Jaguar Tour Baku" test-drive festivalı saat 18:00-da yekunlaşır.

 

 

 

 

Avto,
22.09.2019 12:22 1274
Teqlər: