Logo

3 ildən təzə şirkətlər - DÖVLƏT SATINALMASINA BURAXILMASIN – YENİ TƏKLİF


Azərbaycanda dövlət satınalmalarında korrupsiya hallarının azaldılması üçün yeni təklif irəli sürülüb. İqtisdiyyat.az xəbər verir ki, təklifin müəllifi satınalmalar üzrə mütəxəssis Elşən Həsənovdur. 

Dövlət satınalmaları haqqında qanuna istinadən aparılan satınalmalar zamanı müşahidə edilən ən çox korrupsiyaya şərait yaradan hal qanunda satınalma iştirakçılarının ixtisasına dair tələblərin konkret göstərilməməsi ilə bağlı olduğu görünür.

Belə ki, qanunda bu prosesi tənzimləyən 6-cı maddənin (Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər) xüsusilə aşağıdakı 6.2.1.-ci bəndidir.

«6.2.1. satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması»

Bu bənddə hər hansı konkret və obyektiv tələb olmadığı üçün hər hansı qiymətləndirmə həddindən artıq subyektiv xarakter alır. Dünən tenderdə qalib seçilmək üçün qurulan firmanı belə bu tələbə əsasən güclə kənarlaşdırmaq olur, o da aşkar edilib şikayət edilsə!

Bu halların qarşısının alınması üçün təklif edərdik ki, bu bəndə düzəliş edilərək, heç olmasa firmaların təsis olunma tarixləri ilə bağlı ən az 3 illik minimal tələb qoyulsun ki, satınalmada iştirak edən firmalar elan tarixindən ən az 3 il əvvəl təsis edilmiş olsun.

Bundan başqa sorğuda iştirak edən (müqayisə aparılan) firmaların ən az ehtimal məbləğin 80% həcmində son 5 ildə 1 dənə tamamlanmış işi olmasına dair müqavilə və təhvil-təslim aktını təqdim etməsi tələb kimi qoyulmalıdır.

«Bu tələb qoyulduğu təqdirdə bu kimi maxinasiyalar 100% azalmasa da ən azından 80%-ə qədər azalacaq, satınalmaların saxtalaşdırılması daha da çətinləşəcəkdir»-deyə təklifdə deyilir. fed.az

Tender,
21.09.2019 14:59 52
Teqlər: