Logo

“Muğan Bank” investisiya şirkəti yaratmaq istəyir


Azərbaycanın qiymətli kağızlar bazarına daha bir investisiya şirkəti daxil ola bilər.

İqtisadiyyat.Az xəbər verir ki, “Muğan Bank” ASC “Muğan Kapital İnvestisiya Şirkəti” ASC-ni təsis etməyi planlaşdırır.

Maliyyə Bazarlarına Nəzarət Palatası Bankın bu istəyinə müsbət yanaşsa, ölkədəki investisiya şirkətlərinin sayı 9-a çatacaq. Onu da qeyd edək ki, “Muğan Bank”la yanaşı, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də eyni planı var.

Bank,
20.09.2019 16:05 54
Teqlər: İqtisadiyyat.Az, bank, şirkət,
İstinad: Report