Logo

“Qala Həyat” və “Qala” sığorta şirkətləri yığıncaq keçirəcək


Oktyabrın 21-də saat 10:00-da “Qala Həyat Sığorta” ASC-nin, saat 12:00-da isə “Qala Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Finans.az” xəbər verir ki, yığıncaqlar şirkətlərin baş ofislərinin yerləşdiyi Bakı şəhəri, İzmir küçəsi, 5A və Azadlıq prospekti, 124B ünvanlarında olacaq.

Hər iki yığıncağın gündəliyinə Təftiş Komissiyasının yenidən formalaşdırılması məsələsi daxildir.

Sığorta,
20.09.2019 11:44 32
Teqlər: İqtisadiyyat.Az, sığorta,