Logo

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 milyon nəfəri ötüb


Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 024 349 nəfər təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 68 292 nəfər, yaxud 7,1% artıb.

Bu göstərici ilə Azərbaycan qonşu ölkəyə səfər edən əcnəbi ziyarətçilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 1 058 549 nəfərlə Rusiya, üçüncü yerdə isə 864 474 nəfərlə Ermənistandır.

Hesabat dövründə Gürcüstan, ümumilikdə, 6 320 516 beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 7,2% çoxdur. 

Turizm,
19.09.2019 15:58 47
Teqlər: İqtisadiyyat.Az, turizm,