Logo

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 682,5 mln. dolları ötüb


Bu ilin yanvar-avqust aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 682 mln. 522,7 min dollar təşkil edib.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İlk səkkiz ay ərzində Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,4% olub. Azərbaycan Gürcüstanın Türkiyə və Rusiyadan sonra üçüncü ən böyük ticarət tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı 314 mln. 951,6 min dollar təşkil edib ki, bu da illik müqayisədə 5,7% çoxdur. Azərbaycan Gürcüstanın ümumi ixracında 13,1% paya sahib olmaqla Rusiyadan sonra qonşu ölkənin ikinci əsas ixrac tərəfdaşı olub.

Yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 367 mln. 571,2 min dollar dəyərində məhsul idxal edib. İllik müqayisədə Gürcüstanın Azərbaycandan idxalında 1,3% azalma qeydə alınıb. Azərbaycanın qonşu ölkənin ümumi idxalındakı payı 6,4% təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın Türkiyə, Çin və Rusiyadan sonra dördüncü əsas idxal tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 8 mlrd. 126,1 min dollar təşkil edib. İllik müqayisədə qonşu ölkənin əmtəə dövriyyəsi 0,01% artıb. İxrac 12,4% artaraq 2 mlrd. 411, 6 min. dollar, idxal isə 4,4% azalaraq 5 mlrd. 714,5 min dollara bərabər olub.

Biznes,
19.09.2019 12:49 27
Teqlər: İqtisadiyyat.Az, biznes,
İstinad: Report