Logo

Gürcüstandan Azərbaycana tütün idxalı 2 dəfədən çox azalıb


Azərbaycanın Gürcüstandan idxal etdiyi tütün məmulatlarının həcmi iki dəfədən çox azalıb.

İqtisadiyyat.Az apa.az-a istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində bu ölkədən Azərbaycana 26 433.7  min ABŞ dolları dəyərində 1 191.2 ton tütün məmulatı idxal edilib.

2018-ci ilin analoji dövründə isə bu ölkədən idxal edilən məhsulun dəyəri  57 171.3  min ABŞ dolları, həcmi isə  3 165.0 ton təşkil edib.

Biznes,
19.09.2019 12:17 39
Teqlər: İqtisadiyyat.Az, biznes,