Logo

Ödənişlərinin 5 qat artmasına baxmayaraq “İpək Yolu Sığorta” mənfəət əldə edib


“Silk Way Group” şirkətlər qrupuna daxil olan və əsasən aviasiya sığortası fəaliyyəti ilə məşğul olan “İpək Yolu Sığorta” ASC 2019-cu ilin 1-ci yarısını 1 milyon 143 min manat xalis mənfəət ilə başa vurub. Şirkət ötən ilin eyni dövrünü 1 milyon 119 min manat xalis mənfəət ilə bağlamışdı.

“Marja” Şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “İpək Yolu Sığorta” ASC-nin cəmi gəlirləri 14 milyon 535 min manat, cəmi xərcləri 13 milyon 392 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Şirkətin 1 milyon 143 min manat mənfəəti yaranıb. “İpək Yolu Sığorta” ilk 6 ayda mənfəət vergisi ödəməyib.

Cəmi gəlirlərin 5 milyon 32 min manatı xalis sığorta ehtiyatlarının müsbətə dəyişməsindən qaynaqlanıb. Ötən ilin 1-ci yarısında bu bənd üzrə gəlirə töhfə 891 min manat təşkil etmişdi.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyun dövründə “İpək Yolu Sığorta” ASC-nin cəmi gəlirləri 9 milyon 276 min manat, cəmi xərcləri 8 milyon 157 min manat təşkil etmiş, 1 milyon 119 min manat mənfəət yaranmışdı.

2018-ci ilin 12 ayı ərzində isə  “İpək Yolu Sığorta” ASC-nin cəmi gəlirləri 20 milyon 722 min manat, cəmi xərcləri 18 milyon 605 min manat, mənfəəti 1 milyon 117 min manat təşkil etmişdi. Şirkət 423 min manat mənfəət vergisi ödədiyindən ili 1 milyon 694 min manat xalis mənfəət ilə bağlamışdı.

SIĞORTA ÖDƏNİŞLƏRİ KƏSKİN ARTIB

İpək Yolu Sığorta” ASC-nin 2018-ci ilin birinci yarısında topladığı sığorta haqları 7 milyon 710 min manat ikən, 2019-cu ilin 1-ci yarısında 8 milyon 588 min manata yüksəlib. Ötən ilin birinci yarısında 915 min manat təşkil etmiş sığorta ödənişləri 2019-cu ilin birinci yarısında 5 milyon 67 min manat təşkil edib (5,5 dəfə artıb).

2018-ci ildə Şirkətin cəmi sığorta ödənişləri 1 milyon 717 min manat təşkil etmişdi.

"İpək Yolu Sığorta" ASC 4 səhmdara (2 fiziki, 2 hüquqi şəxs) aiddir. Ən böyük səhmdarlar "Silk Way Avia Şirkəti" MMC (19,05%), Əsgərova C.C (38,74 %) və Əsgərova M.C (38,74 %)-dir.

Sığorta,
19.09.2019 10:30 59
Teqlər: İqtisadiyyat.Az, sığorta,