Logo

İrana gedən azərbaycanlıların sayı rekord səviyyəyə yüksəlib - SİYAHI


Bu ilin ilk 8 ayı ərzində  Azərbaycana dünyanın 190 ölkəsindən 2 milyon 138,7 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
İqtisadiyyat.Az açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, gələnlərin 30,6%-i Rusiya, 22,1%-i Gürcüstan, 9,5%-i Türkiyə, 7,7%-i İran, 4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8% olmaqla Ukrayna və Hindistan, 1,7%-i İraq, hər birindən 1,5% olmaqla Türkmənistan və Qazaxıstan, 1,4%-i İsrail, 1,3%-i Pakistan, 1,2%-i Böyük Britaniya, 11,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9%-ini kişilər, 34,1%-ini isə qadınlar təşkil edib.
Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan  vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,7% artaraq 3 milyon 729,2 min nəfər olub. Ölkə vətəndaşlarının 36,4%-i  və ya 1 milyon 357,4 min nəfəri İrana səfər edib. Qeyd edək ki, ötən illərin analoji dövrlərində heç vaxt İrana bu sayda Azərbaycan vətəndaşı getməyib. Ötən ilin eyni dövrü ilə müqayisədə  İrana gedən Azərbaycan vətəndaşlarının sayı 48,1% və ya 440 min nəfər artıb.
Bundan başqa xarici ölkələrə gedən Azərbaycan  vətəndaşlarının 29%-i Gürcüstana, 17,5%-i Rusiyaya, 11,6%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gediblər. Gedənlərin 63,8 %-ini kişilər, 36,2%-ini qadınlar təşkil edib. Gürcüstana gedənlərin sayı 13,3%, Rusiyaya gedənlərin sayı 7,4%, Türkiyəyə gedənlərin sayı isə 5,1% artıb.

Yeniavaz.com 

Turizm,
18.09.2019 13:51 85
Teqlər: İqtisadiyyat.Az, turizm,