Logo

Bu il əkin üçün daha çox sahə şumlanıb


Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ümumilikdə bu il 1047136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır. Sentyabrın 18-dək 622689 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 196493 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 59,5 faizi şumlanıb.  

Ümumilikdə şum prosesinə 2350 traktor cəlb olunub. Ağcabədi rayonunda payızlıq əkin şumu tam yekunlaşıb, rayon ərazisində 29175 hektar sahədə şum aparılıb. Füzuli (95,7%), Xocavənd (92,9%), Salyan (92,1%), Bərdə (89,9%), Qobustan (89,9%), Oğuz (88,8%), Kürdəmir (88,5%), İmişli (87,8%), Goranboy (85,5%), Ağstafa (84,2%), Sabirabad (82,6%), Şəmkir (82,5%) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

Aqrar,
18.09.2019 20:00 37
Teqlər: İqtisadiyyat.Az, aqrar,