Logo

Azərbaycana bu il 26 min 695 ədəd avtomobil gətirilib


Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana xaricdən 26 min 695 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib.
İqtisadiyyat.Az Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2018-ci ilin ilk 8 ayı ilə müqayisədə 12 min 661 ədəd və yaxud 90% çoxdur. Hesabat dövründə əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobillərinin idxalı 92% artaraq 22 min 88-ə yüksəlib.
Bundan başqa yanvar-avqust aylarında 246 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 262 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 99 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Avto,
17.09.2019 13:58 53
Teqlər: İqtisadiyyat.Az, avto,