Logo

Bakıda 100-ə yaxın piyada keçidinin inşası planlaşdırılır


Bakı şəhərində inşası aparılan yerüstü piyada keçidlərinin tikintisi bu ilin sonuna kimi yekunlaşacaq.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, paytaxtda daha 100-ə yaxın yerdə yeni piyada keçidlərinin inşası planlaşdırılır:

“Apardığımız araşdırmalar nəticəsində piyada keçidlərinin labüd olduğu 100-ə yaxın yer müəyyənləşib. Həmin keçidlərinin də inşasına mərhələli şəkildə başlayacaq. Biz bunun üçün adiyyatı qurumlara müraciət etmişik. Maliyyə məsələsi həll olunandan sonra işlərə start veriləcək”.

Qeyd edək ki, 2016-2019-cu illərdə paytaxtda 19-u yerüstü, 3-ü yeraltı olmaqla 21 piyada keçidi istifadəyə verilib.(Apa.az)

Sosium,
16.09.2019 16:53 34
Teqlər: İqtisadiyyat.Az, sosium,