Logo

Azərbaycanda bu il mobil rabitə operatorları 579 milyon manat gəlir əldə edib


2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 397,2 milyon manatlıq xidmət göstərib.

Trend-in məlumatına görə, göstərilən xidmətin 72,5 faizi əhali tərəfindən istehlak olunub.

2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 17,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 83,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,4 faizi və ya 579,0 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

İKT,
16.09.2019 15:14 37
Teqlər: İqtisadiyyat.Az, İkt,