Logo

Azərbaycan elektrik enerjisinin istehsalını artırmaqda davam edir


Azərbaycanda bu ilin yanvar-avqust aylarında 16,4 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 5,7% çoxdur.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-avqust aylarında 15,83 mlrd. kVt-saat təşkil edib (6%-lik artım).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 14,53 mlrd. kVt-saat istilik (7,2%-lik artım), 1,19 mlrd. kVt-saat su elektrik (10,3%-lik azalma) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin istehsalı isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

Sənaye,
16.09.2019 14:16 31
Teqlər: İqtisadiyyat.Az, sənaye,