Logo

Maliyyə Nazirliyindən 2020-ci ildə manatın məzənnəsi ilə bağlı - PROQNOZ


Növbəti illər üçün ölkədə inflyasiya faizinin gözlənilən proqnozu açıqlanıb.

Bu barədə Maliyyə Nazirliyinin 2020-ci ilin büdcəsi ilə bağlı proqnozunda bildirilib.

Qeyd olunub ki, 2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faizə qədər artması gözlənilsə də, sonrakı illərdə artım tempinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunacağı proqnozlaşdırılır.

Rəsmi məlumata görə, inflyasiya səviyyəsi 2020-ci ildə 4,6 faiz, 2021-ci ildə 4,5 faiz, 2022-ci ildə 4,1 faiz, 2023-cü ildə 3, faiz proqnozlaşdırılır.

Həmçinin, qeyd edilib ki, 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1.7 səviyyəsində olması proqnozlaşdırılır.

Sosium,
13.09.2019 17:31 52
Teqlər: İqtisadiyyat.Az, sosium,