Logo

Azərbaycanda mobil rabitə sektorunun gəlirləri yarım milyard manatı ötüb


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 579 mln. manat təşkil edib.

Bu barədə Redaktor.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,87% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,4%-ni təşkil edib.

Komitədən o da bildirilib ki, bu ilin 8 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1397,2 mln. manatlıq xidmət göstərilib ki, onun da 72,5%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 17,6% artıb. Bu sahədə əldə olunan gəlirin 83%-i qeyri-dövlət sektorunun payına düşüb. 

Maliyyə,
13.09.2019 17:04 45
Teqlər: İqtisadiyyat.Az, maliyyə,