Logo

3 illik istintaq başa çatdı: "Google" cərimələndi


2016-ci ildə Fransada vergi fəaliyyətləri ilə bağlı ABŞ mərkəzli texnologiya şirkəti "Google"a qarşı aparılan istintaq başa çatıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "Google" istintaqın sonunda 500 milyon avro cərimə ödəməyi qəbul edib. Şirkət həmçinin ötən illərin vergi borcu üzrə daha 464 milyon avro ödəyəcək. Bununla da "Google"un bütövlükdə 1 milyard avro ödəniş etməsi ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, "Google"ın qanunlara riayət-edib etmədiyini müəyyən etmək üçün Fransa vergi orqanları 2016-cı ildə şirkətin Parisdəki qərargahında yoxlamalara başlamışdı.

İKT,
13.09.2019 16:42 40
Teqlər: İqtisadiyyat.Az, İkt,