Logo

Düzgün seçilməyən bəkməz XƏRÇƏNG RİSKİNİ ARTIRIR


Bəkməz və ya doşab – müxtəlif çeşidli meyvələrin qaynadılaraq hazırlanmış şəkərli, qatı mayedir. Bu maye el arasında "min bir dərdin dərmanı" olaraq tanınır. Soyuqdəymə, qrip, nəfəs yollarının açılmasında geniş istifadə olunur. Bu mayeni valideynlər övladlarına da verirlər. Bəs hər bəkməzi istifadə etmək düzgündür mü?
Yeniavaz.com doşabın faydaları və zərərlərini təqdim edir:
Araşdırma nəticəsində hər doşabı istehlak edilməməsi məlum olmuşdur. Ege Universitetinin qida mühəndisliyi  bölümünün mütəxəssisi Dr.Semih Ötleş həddindən çox yüksək temperaturda hazırlanan doşabların sağlamlığa zərərli olan maddələr yaratdığn və sözügedən maddələrin müxtəlif xəstəliklər yaratdığını deyib. Maddə HMF, yəni hidroksid metil furfuralın ən təhlükəli xəstəlik olan xərçəngin yaranma riskini artırır. Bəkməz aldığınız zaman dadında yanmış dad hiss edilərsə, bu HMF maddəsinin yüksək olmasından xəbər verir. 
Qısa müddət ərzində açıq havada və yüksək temperaturda hazırlanan bəkməzlərdə HMF maddəsinin səviyyəsi yüksək olur. Buna görə də mütəxəssislər bəkməzləri qapalı yerdə və aşağı temperaturda hazırlamağı məsləhət görürlər. Bundan əlavə bəkməzin saxlanılma şəraitinə və hazırlanmasında düzgün meyvələrdən istifadə edildiyinə əmin olmaq lazımdır. Çünki, bəzən doşabın hazırlanmasında yeni meyvələrin arasına köhnəlmiş və kiflənmiş meyvələr əlavə edənlər də var. Saxlanılma şəraitinə gəldikdə isə ilk öncə günəş şüası altında saxlanılan doşabları almaq təhlükəlidir. Bu zaman da günəşin istiliyindən HMF maddəsi yarana bilər. Bir digər məqam isə bu mayeni soyuducu da deyil də, sərin temperatur olan yerdə saxlanılmasıdır. Bəkməz istifadə edildikdən sonra soyuducuda saxlanılmalıdır.
Antioksidantla zəngin olan doşabı səhər ac qarnına ilıq suyu içərisinə 2 xörək qaşığı tökərək istehlak etsəniz, qanazlığı və dəmir çatışmazlığını xəstəliyini aradan qaldırmış olarsınız.

Sağlamlıq,
13.09.2019 20:00 57
Teqlər: İqtisadiyyat.Az, sağlamlıq,