Logo

Leyla Əliyeva və Azər Əliyev "Zabit Səmədov" döyüş klubunda - FOTOLAR


Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev "Zabit Səmədov" döyüş məktəbində qonaq olublar.

İqtisadiyyat.az xəbər verir ki, Leyla Əliyeva və Azər Əliyevin klubda peşəkar müəllim heyəti ilə tanışlığından sonra burada idman növləri üzrə keçirilən məşqlər və gələcək prioritetlər müzakirə olunub . Görüş zamanı müxtəlif yaş kateqoriyalarından ibarət olan idmançıların məşq prosesləri izlənilib. Sonda xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, “Mauqli” ləqəbi ilə tanınan, dəfələrlə dünya çempionu olmuş Zabit Səmədov öz peşəkar döyüş məktəbini açıb. Məktəb Heydər Əliyev adına İdman və Konsert kompleksinin binasında ayrılmış xüsusi yerdə fəaliyyət göstərir. “Zabit Səmədov” döyüş klubu prezident İlham Əliyevin dəstəyi ilə yaradılıb.

Sosium,
12.09.2019 17:07 1597
Teqlər: sosium, İqtisadiyyat.Az,