Logo

Bakı metrosunda daxili fiberoptik şəbəkə infrastrukturu yaradılır


"Bakı Metropoliteni" QSC daxili fiberoptik şəbəkə infrastrukturunu yaradır.

Redaktor.az xəbər verir ki, bunu QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, şəbəkənin yaradılması ilk növbədə metroda hərəkətin təşkili və tənzimlənməsi ilə bağlı infrastruktur məsələlərinin həllinə, təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə və etibarlılığın artırılmasına yönəlib.

"Fiberoptik şəbəkənin verəcəyi geniş imkanlardan istifadə etmək günün tələbidir və “Bakı Metropoliteni” bu istiqamətdə işlərini davam etdirir. Metropolitendə ən vacib olan hərəkətin təşkili, nizamlanması, tənzimlənmənin optimallaşdırılması üçün istifadə olunacaq bu şəbəkə gələcəkdə müasir sistemlərin tətbiqinə təkan verəcək", - deyə B. Məmmədov qeyd edib.

Nəqliyyat,
12.09.2019 15:48 66
Teqlər: İqtisadiyyat.Az, nəqliyyat,