Azərbaycanlılar xaricə niyə gedir? - Müalicəyə və ziyarətə gedənlərin sayı kəskin artıb - CƏDVƏL
Son 6 ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 14,5% və ya 623,4 min nəfər artaraq 4 milyon 287,7 min nəfərdən 4 milyon 908,1 min nəfərə yüksəlib.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son 6 ildə istirahət və əyləncə üçün xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 6,8% və ya 72,4 min nəfər artdığı halda, müalicəyə gedənlərin sayı 71% (119,6 min nəfər), dini ziyarətlərə gedənlərin sayı isə 3 dəfə (162,8 min nəfər) artıb.
2013-cü il və 2018-ci ildə aşağıdakı məqsədlər üzrə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı belə olub:
|
2013-cü il |
2018-ci il |
Fərq |
İstirahət və əyləncə |
1 mln. 53,9 min |
1 mln. 126,3 min |
6,8 % artıb
(72,4 min) |
İşgüzar məqsədlə |
1 mln. 290 min |
900,2 min |
30,2 % azalıb
(389,8 min) |
Müalicə məqsədilə |
169 min |
288,6 min |
71 % artıb
(119,6 min) |
Dini ziyarət |
82,5 min |
245,3 min |
3 dəfə artıb
(162,8 min) |
Qohumlara, dostlara baş çəkmək |
579,9 min |
844,5 min |
45,6 % artıb
(264,6 min) |
Sosium,
11.09.2019 12:43
91
Teqlər:
İqtisadiyyat.Az, sosium,