Logo

Qızıl almaq istəyənlər, TƏLƏSİN! - Qiymətlər UCUZLAŞDI


Məhərrəm ayında dini inancı olan insanların 40 gün yas saxlaması bir sıra biznes sahələrinə təsirsiz ötüşmür.

Toy alverinin bağlanması təbii ki, qızıl bazarına öz təsirini göstərir. Alıcıların azalması fonunda qiymətlərdə az da olsa ucuzlaşma müşahidə edilir.

Maraqlıdır, hazırda bazarda vəziyyət necədir?

Bununla bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı İlham Əzizov bildirib ki, iqtisadiyyatın bir sahəsində geriləmə, zəiflik baş verirsə, digər sahələrə də avtomatik olaraq təsir edir:

“Əhalinin 90%-i şiə təriqətli olduğuna görə, Məhərrəm ayında ölkəmizdə toy bazarı dayanır. Lakin ikinci ayın ortalarından etibarən yeni sezona hazırlıqlar başlayır. Dünya iqtisadi böhrana sürükləndikcə, qızılın qiyməti yüksəlir. Əksinə, dünyada iqtisadi intensevlik artdıqca, qızılın qiymətində geriləmə baş verir.

Aparıcı iqtisadi mərkəzlərin araşdırmalarına görə, ABŞ-da ümumdaxili məhsulun hər ay az da olsa geriləməsi, dünyanı iqtisadi böhrana sürükləyir. Böhran vəziyyətində də qızılın qiyməti baha olur.

Azərbaycana gəlincə, ölkəmizdə qızılın qiyməti dünya bazarı ilə daim uyğunlaşır. Ona görə də, bu aylarda təkcə qızıl deyil, digər iqtisadi aktivlik də aşağı düşür. Bunlar zəncirvari xarakter daşıyır.

Birja,
06.09.2019 15:51 87
Teqlər: İqtisadiyyat.Az, birja,