Logo

Bakı Nəqliyyat Agentliyi sığortaçı axtarır - 7 lotluq tender


Bakı Nəqliyyat Agentliyi sığorta xidmətlərinin alınması üzrə açıq tender elan edir.

"Finans.az" xəbər verir ki, tender 7 lot üzrə həyata keçirilir.

Lot-1. Daşınmaz əmlakın icbari sığortası

Lot-2. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası

Lot-3. Əmlakın (mebel, texnika və avadanlıq) yanğın və digər əlavə risklərdən könüllü sığortası

Lot-4. Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası;

Lot-5. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası

Lot-6. Avtonəqliyyat vasitələrinin (avtobuslarının) sahiblərinin mülki məsulliyyətinin icbarı sığortasından artıq olan hissəsi üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyyətinin könüllü sığortası

Lot-7. Avtonəqliyyat vasitəsinə dəymiş zərərin könüllü (Avtokasko) sığortası.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 09.10.2019-cu il saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18.10.2019-cu il saat 12:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. İddiaçıların təklifləri 21.10.2019-cu il tarixdə saat 12:00-da eyni ünvanda açılacaq.

Tenderdə iştirak haqqı lot 1 – 300 manat, lot 2 – 10 manat, lot 3 – 220 manat, lot 4 – 50 manat, lot 5 – 140 manat, lot 6 – 75 manat, lot 7 – 850 manatdır.

Tender,
05.09.2019 10:18 75
Teqlər: İqtisadiyyat.Az, tender,