Logo

Bu sığorta şirkətində işçilərin sayı azaldılır


“Ata Sığorta” ASC-nin işçilərinin sayı 6 ay ərzində 8,1% azalıb.

"Finans.az" xəbər verir ki, 2018-ci ilin sonunda “Ata Sığorta”nın 297 nəfər olan işçi sayı 2019-cu ilin ilk rübündə 282-yə, ikinci rübündə isə 273-ə düşüb.

Belə ki, cari ilin ilk rübündə sığorta şirkətində işdən çıxanların sayı 32 nəfər olsa da, işə qəbul olanların sayı 18 nəfər olub. İkinci rübdə isə 29 nəfər işdən azad olunub və 20 yeni işçi götürülüb.

Sığorta,
02.09.2019 12:19 50
Teqlər: İqtisadiyyat.Az, sığorta,