Logo

Təhsil Nazirliyi: 3000-ə qədər müəllim daimi əsaslarla işə qəbul edilib


İşə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən, 3000-ə qədər müəllim daimi əsaslarla işə qəbul edilib.

İqtisadiyyat.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, bu il müəllimlərin işə qəbulu üzrə test imtahanlarında 41 mindən artıq namizəd iştirak edib. Müsabiqənin müsahibə mərhələsində iştirak üçün 3728 namizəd seçilib:

"Həmin namizədlərin 3180-ni müsahibə prosesində iştirak edib. Dünən elan edilmiş nəticələrə əsasən, 3000-ə qədər namizədə müsahibədən uğurla keçməsi barədə bildirişlər göndərilib".

M.Camalzadə bu il müsabiqəyə 7310 vakant yerin çıxarıldığını da qeyd edib.

Vakansiya,
29.08.2019 16:30 164
Teqlər: İqtisadiyyat, vakansiya, müəllim, əsaslar, işə qəbul, təhsil, tədris, dərs,