Logo

Bakı sakini “rent a car” avtomobilinə sayrışan işıqlar quraşdırıb - VİDEO


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhər ərazisində sayrışan işıqlardan istifadə edən, avtomobilə əlavə avadanlıq quraşdıran, eyni zamanda nömrəsiz maşın idarə edən sürücüləri saxlayıblar.

"Report"un xəbərinə görə, 10 AD 225 dövlət nömrə nişanlı, BMW markalı avtomobilin sürücüsü maşının ön hissəsinə sayrışan işıqlar və səs siqnalı quraşdırıb.

99 HC 452 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü isə pultla idarə olunan sayrışan işıqları maşına quraşdırıb. 10 TK 060 dövlət nömrə nişanlı, "Lexus" markalı avtomobilin sürücüsü "miqalka"dan istifadə edib. “Rent a car”a məxsus 99 DS 506 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü polis avtomobillərinə məxsus olan sayrışan işığı maşının ön alın şüşəsinin ortasına quraşdırıb.

Aşkarlanan bütün avtomobillər duracağa yerləşdirilib və əlavə avadanlıqlar sökülüb. Sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb olunub.

Avto,
29.08.2019 11:27 117
Teqlər: İqtisadiyyat, avto, Rent a car, maşın, avtomobil, işıq, sayrışan, polis, yol, dövlət, saxlama, video,