Logo

Güzəştli Mənzil Sisteminin informasiya təhlükəsizliyi üçün 1 milyon manatdan çox vəsait xərclənəcək


"Mida" MMC-nin Güzəştli Mənzil Sisteminin verilənlər bazası üçün zəruri lisenziyaların satın alınması və Güzəştli Mənzil Sisteminin informasiya təhlükəsizliyi üzrə həllinin, texniki dəstək xidmətinin və tələb olunan proqram təminatlarının satın alınması üzrə keçirdiyi tenderin qalibi bəlli olub.

“Report” xəbər verir ki, tenderin qalibi olan şirkətlərlə müvafiq olaraq 617 470 manat və 411 126 min manat dəyərində müqavilə imzalanıb.

Qeyd olunan xidmətləri “Smart İT” MMC və “R.İ.S.K. elmi istehsalat şirkəti” QSC həyata keçirəcək.

Tender,
26.08.2019 15:50 94
Teqlər: İqtisadiyyat, tender, güzəştli, mənzil, sistemi, informasiya, təhlükəsizliyi, bazası, milyon, min, manat, lisenziya,