Logo

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib


Azərbaycanda maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsinə görə cəza müəyyənləşib.

Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Dəyişikliklə Məcəllənin 471-ci (Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsi) maddəsi yeni redaksiyada verilib: "Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə - vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 3 000 manat məbləğində cərimələnir".

Sənədlər,
22.08.2019 10:24 103
Teqlər: dəyişiklik, qərar, təsdiqləmə, İlham Əliyev, Preizdent, sənədlər, İqtisadiyyat, maliyyə, haqqı, ödəniş,