Logo

Azərbaycanda pensiya yaşı neçə olsun? - VİDEOSORĞU


Cari ildə Azərbaycanda sosial islahatlar paketinin tərkib hissəsi olaraq, pensiya və təqaüdlər, o cümlədən əmək pensiyaları ilə bağlı qanunvericilikdə dəyişikliklər edildi, minimum pensiya məbləği artırıldı. Paralel olaraq, pensiya yaşı da həm qadınlar, həm kişilər üçün 65 yaş müəyyən edildi.

Lakin bu yaş həddi hər il 6 ay olmaq şərtilə  artırılır və kişilər 2021-ci ildən, qadınlar isə 2027-ci ildən etibarən 65 yaşında pensiyaya çıxmaq hüququ əldə edəcəklər. Hazırda, yəni 2019-cu ilin 1 iyul tarixindən 2020-ci ilin 30 iyun tarixinə qədər pensiya yaşı kişilər üçün 64 il 6 ay, qadınlar üçün isə 61 il 6 aydır.

Lakin pensiya yaşının 65-ə qaldırılmasından əksər vətəndaşlar narazıdır və o yaşa qədər iş qabiliyyətini saxlaya bilmədiklərindən gileylənirlər. Bəs, vətəndaşlarımıza görə ideal pensiya yaşı neçədir?

Musavat.com olaraq bu məsələ ilə bağlı ictimai rəyi öyrənmək üçün paytaxt sakinləri arasında sorğu keçirdik. Respondentlər pensiya  yaşı ilə bağlı müxtəlif rəqəmlər səsləndirdilər.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Sorğu,
21.08.2019 17:02 134
Teqlər: İqtisadiyyat, sorğu, sosial, pensiya, yaş neçə olmaq, video, əhali, sual, Azərbaycan,